Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən hazırda Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova YeniAvropa-ya bildirib ki, havada tozun miqdarı normadan 1,2-1,3 dəfə artıqdır.
“Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir” – deyə qeyd olunub.