logo

I yarımildə Azərbaycana 1,2 milyondan çox əcnəbi səfər edib 

14:54 20-08-2024 | icon 945
I yarımildə Azərbaycana 1,2 milyondan çox əcnəbi səfər edib 

Cari ilin I yarımilində Azərbaycana 1 231 125 nəfər xarici ölkə vətəndaşı səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz və ya 312 288 nəfər çox olub.

YeniAvropa Media Təhlil Mərkəzinin (MTM) yaydığı məlumata istinadən xəbər verir ki, ölkəmizə səfər edən xarici ölkə vətəndaşlarının 69,02 faizi və ya 849 717 nəfəri turizm məqsədilə gəlib və onların sayı 2023-cü ilin ilk 6 ayı ilə müqayisədə 41,8 faiz və ya 250 592 nəfər artıb. 2023-cü ilin birinci yarısında bu rəqəm 599 125 olub və ölkəmizə gələn xarici ölkə vətəndaşlarının 65,2 faizini təşkil edib. Həmin dövrdə Azərbaycana gələn xarici ölkə vətəndaşlarından 319 712-si isə digər məqsədlər üçün ölkəmizə səfər ediblər. 2024-cü ilin I yarımilində isə Azərbaycana digər məqsədlərlə gələn turistlər ölkəmizə səfər edənlərin 30,98 faizini təşkil edib ki, bu da 381 408 nəfər xarici ölkə vətəndaşı deməkdir. Digər məqsədlərlə ölkəmizə səfər edənlərin sayı ötən ilin I yarımili ilə müqayisədə 19,8 faiz və ya 61 696 nəfər çox olub.