logo

Bakıda istifadəyə yararlı döyüş sursatı aşkar edilib

09:49 20-08-2024 | icon 784
Bakıda istifadəyə yararlı döyüş sursatı aşkar edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

YeniAvropa xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd M-75 əl qumbarası, 1 ədəd M-75 P1 partladıcısı, 18 ədəd 7,62 mm-lik atıcı silah mərmisi, 1 ədəd AKM güllə sandığı olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.