logo

Naxçıvanda “Sığorta Festivalı” keçiriləcək

10:10 19-08-2024 | icon 1750
Naxçıvanda “Sığorta Festivalı” keçiriləcək

Avqustun 24-də Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində Naxçıvanda ilk dəfə “Sığorta Festivalı” keçiriləcək.

YeniAvropa xəbər verir ki, tədbir ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə təşkil olunacaq. Festival çərçivəsində sığorta maarifləndirməsi prosesi əyləncəli şoular, musiqili proqramlar və hədiyyəli yarışmaların müşayiəti ilə aparılacaq.

Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması və onların sığorta xidmətlərinə cəlb olunmasının təşviq edilməsindən ibarətdir.

Qeyd edək ki, festivalın 17 avqust – 7 sentyabr tarixləri aralığında respublikamızın 5 müxtəlif şəhərində keçirilməsi nəzərdə tutulub. Festivala avqustun 17-də Bakı şəhərində Dənizkənarı Milli Park ərazisində start verilib.