logo

Azərbaycanın Rusiyadakı səfiri deputat olmaq istəyir

09:29 19-08-2024 | icon 840
Azərbaycanın Rusiyadakı səfiri deputat olmaq istəyir

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada çoxillik diplomatik missiyasının başa çatdığını bildirib.

YeniAvropa xəbər verir ki, bu barədə səfir "TASS" informasiya agentliyinə müsahibəsində deyib.

“Moskvada 18 il 6 ay fəaliyyət göstərmişəm. Bu, diplomatik xidmət üçün az müddət deyil. Hazırkı mərhələdə mənim doğma Şuşanı, rayon sakinlərini parlamentdə təmsil etməyim daha düzgün olardı. Çox ümid edirəm ki, seçiləcəyəm və Qarabağın işğaldan azad olunmasından sonra birinci deputat olmaq böyük şərəfdir. Allahın nəsib etdiyi ömrümün qalan hissəsini Vətənimdə insanlarla və təbiətlə daha çox ünsiyyətə həsr etmək istərdim",- deyə səfir qeyd edib.