ABŞ-də Azərbaycan Evinin açılışı olub
ABŞ-nin Virciniya ştatının Aleksandriya şəhərində Azərbaycan Evinin açılış mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Azərbaycan diasporunun, yerli ictimaiyyətin və müxtəlif icmaların nümayəndələrinin iştirak etdiyi mərasimə qırmızı lentin kəsilməsi ilə start verilib. Azərbaycan Assosiasiyasının həmtəsisçisi Sevda Tahirli qonaqları salamlayaraq burada Azərbaycan icmasının səmərəli fəaliyyəti barədə məlumat verib, Azərbaycan Evinin açılışının ABŞ-dəki icmamız üçün böyük bir ərməğan olduğunu dilə gətirib.
Azərbaycan Evinin açılmasını icmanın fəallığının artmasına təsir təsir edən mühüm fakt kimi qiymətləndirən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu əlamətdar hadisə münasibətilə soydaşlarımızı təbrik edib. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında həyata keçirilən layihələr barədə məlumat verən komitə sədri bildirib ki, bu günə qədər xarici ölkələrdə açılan Azərbaycan Evləri soydaşlarımızın şəbəkələşməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Azərbaycanın ABŞ-dəki səfirliyinin müvəqqəti işlər vəkili Toğrul Əliyev Azərbaycan Evinin yaradılması münasibətilə soydaşlarımızı təbrik edib, Azərbaycan diasporuna uğurlar arzu edib. Azərbaycan Assosiasiyasının həmtəsisçisi, A-Level şirkətinin rəhbəri Ayan Əliyeva ABŞ-də soydaşlarımızın uğurlu fəaliyyətindən, ölkəmizlə bağlı həqiqətlərin ictimai-siyasi dairələrə çatdırılmasından və Azərbaycan Evi ilə bağlı planlarından danışıb.
Çıxışlarda ana dilinin, tarix və mədəniyyətimizin təbliğinin daha da artırılmasının, gənclərin diaspor fəaliyyətinə cəlb olunmasının önəmi vurğulanıb, Azərbaycan Evinin gələcəkdə bu işə böyük töhfələr verəcəyinə ümid ifadə olunub. Açılış mərasimindən sonra Virciniyadakı Azərbaycan icması ilə görüş keçirilib.
Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayan görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub.
Fuad Muradov dövlətimizin diaspor siyasəti və komitənin gördüyü işlər barədə məlumat verib. İcma üzvlərinin çıxışlarında ABŞ-dəki Azərbaycan icmasının koordinasiyalı fəaliyyətinin gücləndiyi, təşkilatlanma və şəbəkələşmə proseslərinin sürətləndiyi nəzərə çatdırılıb. Daha sonra diaspor fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş olunub. Görüş diaspor fəaliyyətinin keyfiyyət göstəricilərinin artırılması, informasiya platformalarında fəallıq, diaspor hərəkatının hədəfləri və s. kimi mövzularda qarşılıqlı fikir mübadiləsinin aparılması, icmanın gələcək fəaliyyət prinsiplərinin, perspektivlərinin müzakirəsi və sualların cavablandırlması ilə yekunlaşıb.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib