Yer kürəsində güclü olaraq qiymətləndirilən G3 sinifli maqnit qasırğası başlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə “Phobos” hava mərkəzi məlumat yayıb.
“Proqnozlara görə, maqnit qasırğası ən azı avqustun 18-i günorta saatlarına qədər intensivliyin güclüdən zəifə doğru dəyişməsi ilə davam edəcək”, - məlumatda qeyd edib.