Avropanın ən böyük aktiv vulkanı olan Etna yenidən oyanıb.
YeniAvropa xəbər verir ki, İtaliyanın Siciliya adasındakı vulkanın cənub-şərqindəki Voraqin kraterindən güclü lava axını müşahidə edilib.
İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya bölməsindən verilən açıqlamaya görə, vulkanın püskürdüyü kül və toz dumanı təxminən 9,5 kilometr hündürlüyə qalxıb.
Vulkanın ətəyindəki yaşayış məntəqələrinə yayılan kül və toz dumanı hava nəqliyyatına da mənfi təsir göstərib.