logo

Əmək müqavilələrinin sayı 1 milyon 841 mini ötüb

10:30 16-08-2024 | icon 1120
Əmək müqavilələrinin sayı 1 milyon 841 mini ötüb

Bu ilin yanvar-iyul ayları ərzində ölkəmizdə əmək müqavilələrinin sayı 33 min və ya 1,8 faiz artaraq 1 milyon 841 min 479-a çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, əməkhaqqı islahatları və əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir.

Bu ilin 7 ayında əməkhaqqı fondunda daha 5,1 faiz artım qeydə alınıb.