Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən verilən məlumata əsasən səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında yağış yağır və gün ərzində fasilələrlə davam edəcəyi gözlənilir.
YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimalı var.