logo

Samur-Abşeron kanalında batan şəxsin cəsədi tapılıb

15:55 15-08-2024 | icon 805
Samur-Abşeron kanalında batan şəxsin cəsədi tapılıb

Avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə avtomobilin su kanalına düşməsi nəticəsində batan 1998-ci il təvəllüdlü Əliyev Abusət Fəxrəddin oğlunun meyiti tapılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılan meyit aidiyyəti üzrə təhvil verilib.