logo

Sabah Bakı şəhərinə içməli suyun verilməsi tam bərpa ediləcək

15:15 15-08-2024 | icon 847
Sabah Bakı şəhərinə içməli suyun verilməsi tam bərpa ediləcək

Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işləri avqustun 15-i səhər saat 06:00-da tamamlanıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, hazırda su xəttinin doldurulması və quyuların işə salınması işlərinə başlanılıb.

“Avqustun 16-sı günorta saatlarında Bakı şəhəri üzrə içməli suyun təchizatı tam bərpa ediləcək. Su təminatı rejimində dəyişiklik olan ərazilərdə suyun verilməsi normal rejimə qaytarılacaq. Hazırda Oğuz-Qəbələ-Bakı su xəttində tamamlanma işləri davam etdirilir”, - deyə ADSEA-dan bildirilib.

Xatırladaq ki, avqustun 12-i gecə saatlarından başlayaraq Oğuz-Qəbələ-Bakı su kəmərində əsaslı təmir-bərpa işləri aparılır. Təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarında suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr hesabına suyla təmin olunması istiqamətində işlər görülüb.