İTS:6 ayda 710 sayda miomektomiya əməliyyatı icra olunub
Miomektomiya uşaqlıq mioması adlanan törəmələrin çıxarılması üçün həyata keçirilən cərrahi əməliyyatdır. Uşaqlıq mioması uşaqlıq divarının əzələ qatından inkişaf edən xoşxassəli şişlərdir və çox zaman ağrı, anomal qanaxma, anemiya və reproduktiv problemlərə səbəb olur. Miomektomiya əməliyyatı miomaların qadın sağlamlığına mənfi təsirlərini azaltmaq və reproduktiv sistemin funksionallığını bərpa etmək məqsədi daşıyır. Bu əməliyyat miomaların xaric edilməsi ilə qeyd olunan problemləri aradan qaldırır və qadınların həyat keyfiyyətini yüksəldir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, icbari tibbi sığorta hesabına 2024-cü ilin ilk 6 ayı ərzində 710 sayda miomektomiya əməliyyatı icra olunub.
Hazırda icbari tibbi sığorta çərçivəsində miomektomiya əməliyyatı üç müxtəlif üsulla vətəndaşlara ödənişsiz həyata keçirilir. Ənənəvi açıq miomektomiya (laparotomiya) metodu qarın divarında kəsik aparmaqla icra edilir. Bu üsul daha böyük ölçülü və çoxsaylı miomaların çıxarılması üçün üstünlük verilən bir üsuldur.
Digər bir üsul laparoskopik miomektomiya qarın divarında açılan bir neçə dəlikdən minimal invaziv şəkildə kiçik və az sayda miomaların çıxarılması üçün icra olunur və bərpa müddəti daha qısa çəkir.
Üçüncü üsul isə histeroskopik miomektomiya adlanır və bu metod uşaqlıq boşluğuna uşaqlıq yolu və uşaqlıq boynundan daxil olmaqla aparılır. Bu, minimal invaziv prosedur, xüsusilə uşaqlıq boşluğuna doğru inkişaf edən miomalar (submukoz) üçün daha məqsədəuyğun metod hesab edilir. Hər bir üsulun seçimi xəstənin ümumi sağlamlıq vəziyyəti, xəstəliyin klinikası, miomaların sayı, ölçüsü və yerləşməsi kimi amillər nəzərə alınaraq həkim tərəfindən təyin edilir.
Əməliyyatdan əvvəl lazım olan funksional diaqnostik və laborator müayinələr sığorta təminatına daxildir. Bu müayinələrin aparılması xəstəliyin dəqiq diaqnostikası, əməliyyatın planlaşdırılması və baş verə biləcək ağırlaşmaların qarşısının alınması üçün vacibdir.
Stasionar tibbi xidmət zamanı xəstənin reanimasiya və stasionarda qalması, laborator və instrumental müayinələr, dərman, tibbi sərf və qidalanma icbari tibbi sığorta hesabına həyata keçirilir.
Miomektomiya əməliyyatı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində, həmçinin Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında həkim göstərişi əsasında icra olunur.
Mehriban Əliyeva məktəbliləri təbrik edib
Bakı-Xocalı-Xankəndi-Şuşa ilk avtobus reysi yola salınıb
Paytaxtdakı 7B nömrəli avtobusun marşrutu dəyişdirilib
32 ildən sonra Xocalı məktəbində ilk zəng çalınıb
MSK Milli Məclisə seçkilərin nəticələrini Konstitusiya Məhkəməsinə göndərdi
Sabah Bakıda yağış yağacaq,şimşək çaxacaq, 27° isti olacaq
Milli Məclisə seçkilərdə 20 məntəqənin nəticələri etibarsız sayılıb
Avropa komissarı istefa verib
Türk dünyası arxeoloqları Şuşaya toplaşıblar
Azərbaycanın turizm potensialı Vyanada nümayiş olunub
100-dən artıq şəxsi "işə düzəldən" dələduzlar saxlanılıblar
32 ildən sonra Şuşada ilk dərs günü
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb
Paytaxtın bir hissəsində bu gün su olmayacaq
Azərbaycanda yeni tədris ili başlayıb
Nikol Paşinyan bu gün Gürcüstana səfər edəcək
"Formula 1 Azərbaycan Qran-Pri"sinin qalibləri mükafatlandırılıblar
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Sabah Bakıda 29° isti olacaq
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
Türkiyə XİN-i Bakının işğaldan azad olunmasının ildönümü münasibətilə xalqımızı təbrik edib
İlham Əliyev "Formula 1"in prezidentini qəbul edib
İlham Əliyev Nikaraqua prezidentini təbrik edib
Yol Polisi yeni dərs ilinin başlanması ilə əlaqədar sürücülərə müraciət edib
Rusiya müharibəsi başlayandan bəri Ukrayna 3700-ə yaxın əsiri geri qaytarıb