Azərbaycanda avqustun 16-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 25-29° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 25-29° isti, dağlarda gecə 10-15°, gündüz 15-19° isti olacağı bildirilir.