logo

Kosmik sənaye sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə olunub

10:50 14-08-2024 | icon 924
Kosmik sənaye sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə olunub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüşüb.

Nazirlikdən YeniAvropa-ya verilən məlumata əsasən, görüşdə İKT, kosmik sənaye, süni zəka və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycanda bu sahələrdə təlim proqramlarının həyata keçirilməsi və iki ölkə mütəxəssislərinin təcrübə mübadiləsinin təşkili istiqamətində tədbirlər görülməsi qərarlaşdırılıb.