logo

Paytaxtın daha bir mərkəzi küçəsi təmirə bağlanır

11:11 13-08-2024 | icon 1218
Paytaxtın daha bir mərkəzi küçəsi təmirə bağlanır

Avqustun 14-ü saat 06:00-dan etibarən Bakı şəhəri, 8 Noyabr prospektində (Zığ şosesi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar Xaqani Rüstəmov küçəsindən Mərkəzi Bulvar küçəsinədək olan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.