Avqustun 13-də saat 08:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində (K.Səfərəliyeva küçəsindən Puşkin küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, növbəti mərhələdə təmir işləri Puşkin küçəsindən R.Behbudov küçəsinədək olan hissə üzrə aparılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.