Respublikanın daxili işlər orqanları ötən iki gündə ölkə ərazisində törədilmiş 92 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 83,o cümlədən borclu şəxs qismində axtarışda olan 58 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 54, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 77 nəfər saxlanılıb.