logo

Parlament seçkilərini 24 beynəlxalq qurum və 43 ölkədən müşahidəçilər izləyəcək

17:47 08-08-2024 | icon 1113
Parlament seçkilərini 24 beynəlxalq qurum və 43 ölkədən müşahidəçilər izləyəcək

Növbədənkənar parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün indiyədək 38 min 744 yerli müşahidəçi akkreditasiyadan keçib.

YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 8-də keçirilən iclasında məlumat verib.

M.Pənahov bildirib ki, həmin müşahidəçilərdən 5621-i MSK-da, 33 min 123-ü isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib. Növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 24 beynəlxalq qurumdan və 43 ölkədən 228 nəfər akkreditə olunub.