logo

1030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb-MSK

17:17 08-08-2024 | icon 1113
1030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb-MSK

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1508 nəfər müraciət edib, 1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Ölkədə fəaliyyət göstərən 26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edəcək.

YeniAvropa xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov media subyektlərinin nümayəndələri üçün keçirilən müşavirədə söyləyib.

“Deputatlığa namizədliyini irəli sürənlərdən 1420-si imza vərəqəsi alıb, 1197 nəfər isə imza vərəqələrini qaytarıb, 1030 nəfərdən çox şəxsin deputatlığa namizədliyi qeydə alınıb”, - deyə MSK sədri vurğulayıb.