Avqustun 8-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan YeniAvropa-ya verilən məlumata görə, yerli vaxtla saat 15:52-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,2-yə bərabər olub.
Zəlzələnin ocağı 66 kilometr dərinlikdə yerləşib.