Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Qaşım Maqomedovun Olimpiya Oyunlarının gümüş medal mükafatçısı olması ilə bağlı paylaşım edib.
YeniAvropa xəbər verir ki, paylaşımda deyilir: “Paris Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedovu səmimi-qəlbdən təbrik edirəm! Gərgin əməyinə, yenilməz iradəsinə və qələbə əzminə görə idmançımıza təşəkkür edir, ona möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram!”.