Avqustun 6-da gecə saat 3 radələrində paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində taksi sifariş etmiş 2 nəfərin sürücünü döyüb bıçaqla hədələyərək “Chevrolet” markalı avtomobilini ondan almaları və avtomobillə hadisə yerindən qaçmaları barədə polisə məlumat daxil olub.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Əli Kazımlı və 1994-cü il təvəllüdlü Şamil Rzayev Sabunçu rayonu ərazisində avtomobillə birgə saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.