Bu gün saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşrut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşrut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.
Baş Dövlət Yol Polisi İdarəsindən YeniAvropa-ya verilən məlumata görə, toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə bir nəfər sərnişin hadisə yerində həyatını itirib. Əraziyə yol polisi əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.