Azərbaycanın iki şahmatçı bu gün Özbəkistanın paytaxtı Daşkənddə yeniyetmələr və gənclər arasında keçiriləcək dünya çempionatında iştirak edəcək.
Azərbaycan Şahmat Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, rapid və blits üzrə dünya birinciliyinə start veriləcək yarışda Xəzər Babazadə və Ayan Allahverdiyeva 20 yaşa qədər şahmatçıların kateqoriyasında mübarizə aparacaq.
Qeyd edək ki, İsveçrə sistemi ilə təşkil edilən yarış 9 turdan ibarət olacaq.