Ukrayna Qərb tərəfindən müdafiə yardımı çərçivəsində artıq F-16 qırıcılarının ilk partiyasını alıb. Onların sayı haqqında məlumat yoxdur.
YeniAvropa xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Gabrielius Landsbergis "X" hesabında məlumat paylaşıb.
“F-16 Ukraynadadır. Daha bir qeyri-mümkün olan şeyin tamamilə mümkün olduğu ortaya çıxdı”, - deyə Landsbergis paylaşımında qeyd edib.
Eyni zamanda, adının açıqlanmasını istəməyən ABŞ rəsmisi “Reuters” agentliyinə qırıcıların çatdırılmasının başa çatdığını bildirib.