Magistraturalara boş qalan yerlərə ixtisas seçimi başlayır
Dövlət İmtahan Mərkəzi (DİM) 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün 2024-cü il avqustun 1-dən 8-dək ixtisaslaşma seçimi elan edir.
YeniAvropa xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, boş qalan plan yerlərinə qəbul 11 fevral və 28 aprel 2024-cü il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır (müsabiqə şərtləri). Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.
Keçirilmiş müsabiqə nəticəsində magistraturaya qəbul olmuş bakalavrın müəyyən olunmuş müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu bakalavrların ixtisaslaşmaların boş qalan yerlərinə keçirilən müsabiqədə iştirak etməsinə icazə verilmir.
Həmin bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 8 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər.
Bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində və müsabiqədə imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə (topladıqları bal) əsasında iştirak edə bilərlər. Hər iki imtahan nəticəsi müsabiqə şərtini ödəyən bakalavrlar müsabiqədə iştirak etmək istədikləri imtahan nəticəsini seçirlər.
İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan proqram(lar)ı və həmin proqram(lar)a aid olan 20-dək boş qalmış ixtisaslaşmanın kodunu seçərək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilən bütün ixtisaslaşmalar seçim cədvəlinə əsasən bakalavrın bitirdiyi ixtisasa görə seçmək hüququ olan bir və ya daha çox sayda qəbul proqramına aid ola bilər.
Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub.
Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkün olacaq.
İlham Əliyev paytaxtda yeni salınan parkda yaradılan şəraitlə tanış olub
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
Azərbaycan nefti 71,87 dollara satılır
Paytaxtda arvadını öldürən şəxs evdə özünü asıb
Eldəniz Əzizli dördüncü dəfə dünya çempionu olub
Bakı-Pirşağı-Sumqayıt qatarlarının bir neçə reysi ləğv edilir
Azərbaycan-Pakistan hərbi-texniki əməkdaşlığı müzakirə edilib
Qadın güləşçimiz Gimnaziadada qızıl medal qazanıb
Şagirdlərin rəqəmsal bacarıqları qiymətləndiriləcək
Azərbaycan-Albaniya əməkdaşlığı müzakirə olunub
AQTA 350 hotelin qidalanma blokunda yoxlama keçirib
MEDİA jurnalistlər üçün müsabiqə elan edib
Milli Məclis Azərbaycan- Özbəkistan müttəfiqlik müqaviləsini təsdiqləyib
Bakıda Dini Liderlərin Qlobal Sammiti keçiriləcək
İran hərbi xərclərini 2 dəfə artırır
“Hizbullah”a yeni baş katib təyin olunub
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədrini təbrik edib
Sabah Bakıda 19° isti olacaq
Uçquna görə Bakı Kənar Dairəvi yolu müvəqqəti bağlanacaq
Azərbaycan-Pakistan regional əməkdaşlığı müzakirə edilib
Badamdar yamacında süxur kütləsi qırılıb-magistral yol təhlükə var
Azərbaycanda 1674 dövlət uşaq bağçası fəaliyyət göstərir
Avropa Parlamentinin qara qüvvələrin əlində alətə çevrilib-Sahibə Qafarova
Milli Məclisin iclasında 11 məsələ müzakirəyə çıxarılıb
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib