logo

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

09:09 01-08-2024 | icon 1561
1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

YeniAvropa xəbər verir ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən təsis edilib.

Həmin fərman latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğu nəzərə alaınraq imzalanıb.