Parlament seçkilərində 1000 məntəqədə veb-kameralar quraşdırılacaq.
YeniAvropaa xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda keçirilən dəyirmi masada bildirib.
MSK-nın sədri diqqətə çatdırıb ki, ilk dəfə 26 siyasi partiyanın 25-i parlament seçkilərində iştirak edəcək. Bu da seçicilər üçün geniş imkanlar yaradır.