Azərbaycanın naş naziri Əli Əsədov Tehrana işgüzar səfəri çərçivəsində iyulun 31-də İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Əli Əsədov Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbriklərini Məsud Pezeşkiana çatdırıb.
Baş nazir cari ilin noyabrında Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı prezident İlham Əliyevin dəvət məktubunu prezident Məsud Pezeşkiana təqdim edib.
Görüş əsnasında Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran əməkdaşlığın bütün istiqamətlər üzrə gələcək perspektivləri müzakirə edilib.