“Azercell” 2024-cü il iyulun 31-dən etibarən “Nömrə sifarişi” xidmətini təqdim edir. Belə ki, müştərilər istədikləri nömrənin satışa çıxarılmasını gözləmədən www.azercellim.com-un yeni funksiyası üzərindən “Azercell” nömrəsinin satışa hazırlanmasını sifariş edə biləcəklər. Onu da qeyd edək ki, nömrə sifarişi xidməti tamamilə ödənişsizdir.
Bunun üçün müştəri almaq istədiyi nömrəni www.azercellim.com saytında axtarış pəncərəsinə daxil etməlidir. Hazırda satışda olmayan, lakin hazırlana biləcək nömrə üçün yeni bir səhifə açılacaq. Müştəri nömrənin qiymətini onlayn şəkildə ödəyərək onun dərhal satışa hazırlanmasını sifariş edə biləcək.
Müştəri onun istəyi ilə hazır olan nömrəni “Azercell”in rəsmi satış nöqtələrindən təhvil alacaq. Sifariş zamanı nömrənin qiymətini “Taksit xidməti” çərçivəsində də ödəmək mümkün olacaq.
Xatırladaq ki, “BirKart” istifadəçiləri “Taksit xidməti” ilə www.azercellim.com veb-səhifəsində qiyməti 100 manatdan yuxarı olan bütün “Azercell” nömrələrini onlayn qaydada 12 ayadək faizsiz taksitlə əldə etmək imkanına malikdirlər.
Daha ətraflı məlumat almaq və bu yenilikdən yararlanmaq üçün sadəcə www.azercellim.com səhifəsinə müraciət etmək kifayətdir.