logo

UEFA Konfrans Liqası: “Sumqayıt” bu gün cavab oyununa çıxacaq

11:11 31-07-2024 | icon 1092
UEFA Konfrans Liqası: “Sumqayıt” bu gün cavab oyununa çıxacaq

“Sumqayıt” bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.

YeniAvropa xəbər verir ki, Samir Abasovun komandası Macarıstanın “Fehervar” kollektivinin qonağı olacaq. “Mol Arena”da keçiriləcək qarşılaşma Bakı vaxt ilə saat 21:00-da start götürəcək.

Matçı isveçli referi Kristoffer Karlsson idarə edəcək.

Xatırladaq ki, komandalar arasında Sumqayıtda baş tutan görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.