İranın yeni seçilən prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi Tehranda parlamentin binasında keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə məlumatı İran KİV-i yayıb.
Bildirilib ki, təntənəli andiçmə mərasimində 80 dövlətdən rəsmi qonaqlar iştirak edib.
İran konstitusiyasının 121-ci maddəsinə əsasən, Məsud Pezeşkian parlament üzvləri, Konstitusiya Keşikçiləri Şurasının üzvləri və məhkəmə hakimiyyəti başçısını qarşısında and içib.