İyulun 30-da səhər saatlarında Qusar rayonu ərazisində, rayon sakini 23 yaşlı İ.Duraxanovun ov silahından açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 83 yaşlı Duraxanov Sərkər Duraxan oğlu saxlanılıb.
Sərkər Duraxanov xəsarət alan şəxsin atasıdır.