Qərb ölkələri Rusiya iqtisadiyyatına qarşı 20 minə yaxın sanksiya tətbiq edib.
YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, bunu Federasiya Şurasında keçirilən dəyirmi masada çıxış edən Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.
“Rusiyaya qarşı artıq 20 minə yaxın müxtəlif məhdudlaşdırıcı sanksiya tətbiq edilib”, - deyən Pankinin sözlərinə görə, ABŞ və Avropa İttifaqının davam edən sanksiyalar prosesi Rusiyanın “zəifləməsini və yıxılmasını” təmin etmək məqsədi daşıyır.