logo

Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndələrin görüşü keçiriləcək

14:12 29-07-2024 | icon 1988
Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndələrin görüşü keçiriləcək

Türkiyə və Ermənistanın normallaşma prosesi üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan iyulun 30-da Türkiyə-Ermənistan sərhədində danışıqların 5-ci raundunu keçirəcəklər.

YeniAvropa xəbər verir ki, bu barədə erməni mətbuatı türkiyəli teleaparıcı Sena Alkana istinadla məlumat yayıb.

Bildirilir ki, görüş səhər Ermənistan tərəfdə, günün ikinci yarısında isə Türkiyə tərəfdə olacaq.