XİN-də gənc diplomatlarla görüşüb keçirilib
İyulun 25-də xarici işlər naziri Ceyhun Bayramov diplomatik xidmətə qəbul ilə bağlı keçirilmiş sayca ikinci müsabiqə prosesi nəticəsində Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə başlamış gənc diplomatlarla görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, nazir Ceyhun Bayramov çoxmərhələli müsabiqə prosesini uğurla tamamlayaraq diplomatik xidmət orqanlarında işə başlayan gənc diplomatları ürəkdən təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Diplomatik fəaliyyətlərinə dövlətimizin başçısı tərəfindən müəyyən olunan xarici siyasətin icrasına məsul olan Xarici İşlər Nazirliyində başlayacaq gənclərə bu məsuliyyətli fəaliyyətdə malik olduqları akademik, praktiki bilik və bacarıqları tətbiq etmək istiqamətində müvafiq tövsiyələr verilib.
Ölkəmizin diplomatiya tarixi, xarici siyasətimizin əsasları, prioritetləri barədə ətraflı məlumat verən Ceyhun Bayramov Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hazırkı müstəqil, suveren və ambisiyalı xarici siyasət kursumuzun əsasında müstəqillik dövrümüzün mürəkkəb şəraitində Ulu Öndər Heydər Əliyev tərəfindən verilmiş çətin qərarların durduğunu vurğulayıb.
Müstəqilliyimizin ilk illərində üzləşdiyimiz hərbi işğal və münaqişə çağırışlarının aradan qalxması ilə Azərbaycanın beynəlxalq münasibətlər sistemində regional və qlobal təhdidlərlə mübarizədə təşəbbüs sahibi, habelə bu təşəbbüsləri həyata keçirmək iqtidarında olan bir ölkə kimi çıxış etdiyi bildirilib. Postsovet ölkələri arasında ilklərdən biri olaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimizin, Qoşulmama Hərəkatında nümunəvi sədrliyimizin, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimizin uğurla həyata keçirilməsinin bunun əyani sübutu olduğu diqqətə çatdırılıb.
Ölkəmiz tərəfindən aparılan fəal xarici siyasət kursunun uğurlu icrası istiqamətində diplomatlarımızın daim öz bilik və bacarıqlarının artırılması üzərində çalışmalı olduqları bildirilib, bu istiqamətdə Xarici İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək bir sıra proqramlar vasitəsilə prosesin dəstəklənəcəyi qeyd olunub.
Qeyd edək ki, yazılı imtahan (test tapşırıqları, analitik yazı bacarıqları və xarici dil biliklərinin yoxlanılması hissələri) və müsahibə mərhələlərindən ibarət işə qəbul müsabiqəsinin nəticələrinə əsasən, ümumilikdə 57 namizəd (29 qadın və 28 kişi) müsahibə mərhələsini müvəffəqiyyətlə başa vurub. Həmin namizədlərdən 35 nəfər artıq Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə başlayıb, yaxın müddət ərzində isə bu istiqamətdə digər təyinatların edilməsi nəzərdə tutulur.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib