Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın əsas məqsədi qarşılıqlı fikir və dəyərlərimizin nümayişidir. Ölkələrimiz təkcə strateji tərəfdaş deyil.
YeniAvropa xəbər verir ki, bu fikirləri Serbiya Respublikasının mədəniyyət naziri, Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviç brifinqdə deyib.
N.Selakoviç qeyd edib ki, qarşılıqlı münasibətlərin dərinləşməsində iki ölkənin prezidentlərinin böyük rolu var:
“Birbaşa uçuşların təşkil olunması da vacib məsələdir, biznes imkanlarının inkişaf etdirilməsi əhəmiyyətlidir. İnanıram ki, çox sahədə əməkdaşlıq edə bilərik”.