Mərkəzi Bank “Naxçıvan Bank”ın lisenziyası ləğv etdi
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2024-cü il 24 iyul tarixli Qərarı ilə “Naxçıvan Bank” ASC-nin müraciəti əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a (Qaydalar) müvafiq olaraq “Naxçıvan Bank” ASC-yə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş bank lisenziyası həmin tarixdən etibarən ləğv edilib, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və 11-ci maddələrinə əsasən “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə (BOKT) kreditlərin verilməsi üçün lisenziya verilib.
AMB-dən YeniAvropa-ya bildirilib ki, cari ilin ötən dövrünün maliyyə hesabatlarına əsasən “Naxçıvan Bank” ASC-nin maliyyə göstəriciləri qənaətbəxş olub, likvid aktivləri kreditor öhdəliklərini dəfələrlə üstələyib. Beləliklə, “Naxçıvan Bank” ASC-nin BOKT-a çevrilməsi bankın səhmdarları tərəfindən qəbul edilmiş biznes qərarından irəli gəlib və qaydalar əsasında həyata keçirilib. Bununla bağlı mayın 22-də Mərkəzi Bank tərəfindən qaydalarla nəzərdə tutulmuş formada “Naxçıvan Bank” ASC-yə qabaqcadan razılıq verilib. Yenidən təşkil prosesi çərçivəsində “Naxçıvan Bank” ASC tərəfindən öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq edilərək icrasına başlanılıb, bankın kreditorlarının məlumatlandırılması təmin edilib. Bu çərçivədə hesablarında olan vəsaitlərin əldə edilməsi üçün müraciət etməyən fiziki və hüquqi şəxslərin hesabları üzrə qalıqlar (cəmi 342 858.16 manat ekvivalenti) Mərkəzi Bankda açılmış xüsusi hesaba köçürülüb, digər kreditorlar qarşısında olan öhdəliklər isə “Naxçıvan Bank” ASC tərəfindən icra edilib.
Mərkəzi Bankda açılmış xüsusi hesaba köçürülmüş qalıqlar 45 hüquqi şəxs (cəmi 5 794.14 manat ekvivalentində), 297 fərdi sahibkar (cəmi 66 543.35 manat ekvivalentində) və 1918 fiziki şəxsə (cəmi 270 520.67 manat ekvivalentində) məxsusdur. Fiziki şəxslər hesab qalıqlarını nağd şəkildə, fərdi sahibkar və hüquqi şəxslər isə hesab qalıqlarını digər bank hesabına köçürmə yolu ilə iyulun 25-dən etibarən Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinə (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 32) və Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasına müraciət edərək əldə edə bilərlər.
Bildiririk ki, Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə “Naxçıvan Bank” ASC-nin lisenziyasının ləğv edilməsi anına olan bütün aktivləri, o cümlədən kredit tələbləri hüquqi varisi olan “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə keçib. “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC öz fəaliyyətini lisenziyası ləğv edilmiş “Naxçıvan Bank” ASC-nin əvvəlki hüquqi ünvanında (Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 27) həyata keçirəcək.
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib
Ərdoğandan dünya müharibəsi ehtimalı ilə bağlı xəbərdarlıq
Fransa səfiri Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb
UEFA Avropa Liqası:“Qarabağ”-“Lion” matçına 13 min bilet satılıb
Azərbaycanın neftin qiyməti azalanda ehtiyat tədbiri var
“Azəristiliktəchizat”ın əhalidən yığdığı pul xərclərini ödəmir-Nazir
DÇ-2026:Püşkatmada Azərbaycan yığması IV səbətdə yer alacaq
Avropa Kubokunda 20 cudocumuz qüvvəsini sınayacaq
Sabay Bakıda 15° isti olacaq
UEFA Millətlər Liqası: Azərbaycan sonuncu liqada mübarizə aparacaq
Tramp məşhur cərrah Mehmet Özü yüksək vəzifəyə təyin edib
Kəlbəcərdə Külək ES-in qurulması ilə bağlı Anlaşma Memorandumu imzalanıb
6:0 hesabı bizim əsl gücümüz deyil-İsveçin baş məşqçisi
Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edilib
Sankt-Peterburqda Üzeyir Hacıbəylinin heykəli ucaldılacaq
Azərbaycan Haaqa Məhkəməsində Ermənistanla bağlı iddia qaldırıb
Azərbaycan nefti 74,40 dollara satılır
G20 ölkələrinin yekun sənədində "COP29"a dəstək ifadə olunub
DİM ədliyyə orqanlarına qəbulla bağlı ödənişli imtahan keçirəcək
Ukraynanın 50-yə yaxın ATACMS raketi var-“The Times”
Şamaxıda 3,7 ballıq zəlzələ olub
Noyabrın 20-si Ağdam Şəhəri Günüdür
Fernandu Santuş 0:6 hesablı nəticədən dərs çıxaracağını deyir
Azərbaycan-İran hərbi əməkdaşlıq məsələləri müzakirə edilib