logo

UEFA Konfrans Liqası: “Sumqayıt”, “Zirə” və “Sabah” mübarizəyə başlayır

09:50 25-07-2024 | icon 1932
UEFA Konfrans Liqası: “Sumqayıt”, “Zirə” və “Sabah” mübarizəyə başlayır

Bu gün Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən “Sumqayıt”, “Zirə” və “Sabah” komandaları II təsnifat mərhələsində mübarizəyə başlayırlar.

YeniAvropa xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi “kimyaçılar” doğma meydanda Macarıstan “Fehervar”ı ilə qarşılaşacaq. Görüş 20:00-da start götürəcək.

Saat 20:30-da isə “Zirə” Mərdəkanda Slovakiyanın “Dunayska Ştreda” komandasını sınağa çəkəcək.

Digər təmsilçimiz “Sabah” isə Macarıstanda “Makkabi”nin (Hayfa, İsrail) qonağı olacaq. Qarşılaşmanın start fiti 21:15-də səslənəcək.

Qeyd edək ki, hər üç komandamız cavab görüşünü bir həftə sonra keçirəcək.