Türkiyənin Konstitusiya məhkəməsinin sədri Azərbaycana gəlib
Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Kadir Özkayanın başçılıq etdiyi nümayəndə heyəti ilə iyulun 24-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində görüş keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, nümayəndə heyəti görüşdən əvvəl Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının da xatirəsini yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər. Qonaqlar, həmçinin 1918-ci ildə Bakının azadlığı uğrunda həlak olmuş Türkiyə hərbçilərinin şərəfinə ucaldılmış “Türk Şəhidliyi” abidəsini ziyarət ediblər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində keçirilən görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iki qardaş ölkə arasındakı münasibətlərdən danışıb.Bildirib ki, ölkələrimiz arasında qardaşlıq sarsılmazdır. Böyük geosiyasi və iqtisadi potensiala malik qardaş ölkələrimizin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq əməkdaşlığının inkişafının daha da gücləndirilməsinə yönəlib.
Qeyd olunub ki, tarixin ən önəmli anlarında Azərbaycana dayaq olmuş qardaş Türkiyənin İkinci Qarabağ müharibəsində və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ölkəmizin yanında olması Azərbaycan xalqı tərəfindən daim yüksək qiymətləndirilir və heç zaman unudulmur. Bu gün Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunmuş torpaqlarımızda tam bərpa edilib və işğal altındakı torpaqlarımızın azad edilməsi həm də vətəndaşların konstitusiya hüquqlarının bərpasının təminatıdır.
Sədr diqqətə çatdırıb ki, iki qardaş ölkə arasında hüquqi əməkdaşlıq uğurla inkişaf edir. Hər iki ölkənin Konstitusiya məhkəmələri də bu əməkdaşlığa öz töhfələrini verir. Azərbaycan və Türkiyə arasında olan sıx hüquqi əməkdaşlıq məhkəmə təcrübəsinin öyrənilməsi və aktual hüquqi məsələlər ətrafında fikir mübadiləsinin aparılması baxımından məhkəmə-hüquq təsisatlarının praktiki fəaliyyəti üçün çox vacibdir. Konstitusiya ədalət mühakiməsi orqanları arasındakı əməkdaşlıq həm ikitərəfli, həm Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı (TÜRK-AY), həm də digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.
Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya yüksək qonaqpərvərliyə görə ərhad Abdullayevə minnətdarlığını ifadə edib. O bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq, o cümlədən hər iki məhkəmə arasında qarşılıqlı dəstək və anlaşma əsasında uğurla inkişaf edir. Konstitusiya məhkəmələri arasında məhkəmə-hüquq mübadiləsi konstitusiya ədalət mühakiməsinin səmərəliliyini artıracaq, beynəlxalq səviyyədə isə məhkəmələrin bir çox məsələlər üzrə bir mövqedən çıxış etməsinə xidmət göstərəcək.
Söhbət zamanı geniş fikir mübadiləsi aparılıb, məhkəmə-hüquq təcrübəsinə toxunulub, hüquqi məsələlər müzakirə olunub.
Görüşdə hər iki tərəfdən Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.
Sonda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış oldular.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib