Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar iyulun 24-də Əhməd Rəcəbli küçəsində (Təbriz küçəsindən Fətəlixan Xoyski küçəsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Tətbiq edilən məhdudiyyətlə əlaqədar 2, 5, 9, 11 və 24 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ağa Nemətulla küçəsi, Uluqbəy küçəsi, Fətəli xan Xoyski küçəsi və Faiq Yusifov küçəsi ilə təşkil edilib.