Biləsuvar Gömrük İdarəsində İran istiqamətindən ölkəmizə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq olunmaqla gömrük nəzarəti həyata keçirilib.
Dövlət Gömrük Komitəsindən YeniAvropa-ya bildirilib ki, xidməti itin reaksiyasına əsasən avtomobil gömrük və sərhəd xidmətinin əməkdaşları tərəfindən əsaslı yoxlanılıb. Bu zaman qoşqunun ön hissəsindəki boşluqdan gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə xalis çəkisi 30 kiloqram 30 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana və xalis çəkisi 7,9 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.