logo

İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib ad gününü təbrik etdi

10:30 24-07-2024 | icon 1925
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib ad gününü təbrik etdi

Prezident İlham Əliyev iyulun 24-də Özbəkistan prezidenti Şavkat Mirziyoyevə zəng edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı və prezidentlik fəaliyyətində yeni uğurlar arzulayıb.

Şavkat Mirziyoyev göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Prezidentlər bu il iyulun 5-6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün və bu tədbir çərçivəsində təmasların əhəmiyyətini qeyd ediblər.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edib, əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.