logo

“Paris-2024”də medal sıralaması belə olacaq-PROQNOZ

15:55 23-07-2024 | icon 1883
“Paris-2024”də medal sıralaması belə olacaq-PROQNOZ

“Gracenote Nielsen” İnstitutunun “Paris-2024” Yay Olimpiya Oyunları ilə bağlı son proqnozu dərc edilib.

YeniAvropa  xəbər verir ki, institutun hesabatına görə, yarış zamanı ABŞ (112) və Çindən (86) sonra Fransanın 60 medalla üçüncü yeri tutacağı gözlənilir.

Bu baş verərsə, Fransa idmançıları 1900-cü ildən bəri doğma divarlar arasında təşkil olunmuş Olimpiadada ən yaxşı nəticəyə imza ata bilərlər.

Bu ilin fevral ayında Fransa üçün 27 qızıl, 14 gümüş və 11 bürünc olmaqla, ümumilikdə 52 mükafat proqnozlaşdırılırdı.

İnstitutun son proqnozunda Fransa qızıl medalların sayına görə Böyük Britaniyanı qabaqlayır. Fransa mükafatın əyarına görə ABŞ-dan cəmi 12 medal geri qalır. Fransızlar 2021-ci ildə Tokio Olimpiadasını ABŞ təmsilçilərindən 29 titul az (10 qızıl medala qarşı 39) göstərici ilə başa vurublar. Beləliklə, indiki Oyunlar zamanı bu boşluq əhəmiyyətli dərəcədə azaldıla bilər.

“Paris-2024” Yay Olimpiya Oyunlarında Fransa idmançıları 28 idman növü üzrə mübarizə aparacaq. Ev sahibi ölkə 19-dan çox idman növündə heç vaxt medal qazana bilməyib. 1900-cü ildəki Oyunlar zamanı fransızlar ümumilikdə 115 mükafata sahib çıxıblar.

Olimpiadaya ev sahibliyi etmək medal sayına əhəmiyyətli dərəcədə öz təsirini göstərir. İdmançılar ətraf mühiti və infrastrukturu daha yaxşı tanıyır, ictimaiyyətin dəstəyi də onları stimullaşdırır. Bütün bu səbəblərə görə, Tokioda qazanılmış 10 qızıl medaldan sonra Parisdə titulların sayının, demək olar ki, üç dəfə arta biləcəyi ehtimal olunur.