logo

Məleykə Abbaszadə yenidən  Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib

15:35 23-07-2024 | icon 819
Məleykə Abbaszadə yenidən  Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib

Prezident İlham Əliyev iyulun 23-də Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri təyin edilsin".