logo

Paris Yay Olimpiadası sabah futbol və reqbi oyunları ilə start götürəcək

13:53 23-07-2024 | icon 791
Paris Yay Olimpiadası sabah futbol və reqbi oyunları ilə start götürəcək

İyulun 24-də "Paris-2024" Yay Olimpiya Oyunlarına start veriləcək.

YeniAvropa xəbər verir ki, nüfuzlu yarış futbol və reqbi matçları ilə başlayacaq.

Futbol yarışlarının açılış matçlarında Argentina millisi Mərakeşlə, İspaniya yığması isə Özbəkistanla üz-üzə gələcək.

Reqbi üzrə açılış oyunu isə Avstraliya və Samoa kollektivləri arasında olacaq.

Qeyd edək ki, Paris Olimpiadasının rəsmi açılış mərasimi iyulun 26-da Sena çayında təşkil ediləcək. Oyunlara avqustun 11-də bağlanış mərasimi ilə yekun vurulacaq.