Baş Prokurorluq iyulun 22-də Bakı-Xırdalan-Sumqayıt marşrutunda hərəkətdə olan qatarın Xırdalan şəhəri ərazisindən keçən zaman yetkinlik yaşına çatmayan şəxsi vurması və sonuncunun aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.