logo

Parlament seçkilərini izləmək üçün indiyədək 480 yerli müşahidəçi qeydə alınıb

17:57 22-07-2024 | icon 777
Parlament seçkilərini izləmək üçün indiyədək 480 yerli müşahidəçi qeydə alınıb

2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərini izləmək üçün indiyədək Mərkəzi Seçki Komissiyasında 480 yerli müşahidəçi qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov iyulun 22-də keçirilən iclasda bildirib.

MSK sədri deyib ki, müşahidəçilərin 344 nəfəri öz təşəbbüsü, 10 nəfəri qeyri-hökumət təşkilatlarının xətti, 126 nəfər isə xüsusi icazə ilə qeydə alınıb.