İyulun 22-də Zaqatala stansiyasından 57 kilometr cənub-qərbdə - Gürcüstan ərazisində daha bir zəlzələ qeydə alınıb.
YeniAvropa Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla xəbər verir ki, yerli vaxtla saat 16:12-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,2-yə bərabər olub.
Ocağı 12 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.